10:19 07-12-2020
news_image
79
FUTBOL

Premyer Liqaya qayıdır - Tripye

İngiltərə millisinin futbolçusu Kiran Tripye Premyer Liqaya qayıtmağa yaxındır.

Apasport.az saytının məlumatına görə, İspaniya “Atletiko”sunun müdafiəçisi karyerasını “Mançester Yunayted”də davam etdirə bilər.

Klub rəhbərliyi müdafiə xəttində rəqabət yaratmaq üçün Kevini transfer etməyi planlaşdırır. O, sağ cinahda Aaron Van-Bissaka ilə rəqabəti artırmalıdır.

Qeyd edək ki, “Atletiko” ingiltərəli müdafiəçi ilə yollarını ayırmaq niyyətindədir.