11:19 07-12-2020
news_image
121
FUTBOL

Xüsusi döyüş üçün qayıdır - Meyvezer

Peşəkar boksun əfsanəsi Floyd Meyvezer rinqə qayıtmaq qərarına gəlib.

Apasport.az saytının məlumatına görə, 43 yaşlı məğlubiyyətsiz dünya çempionu xüsusi döyüşə çıxacaq.

Amerikalı döyüşçü yutuber Loqan Polla qarşılaşacağını açıqlayıb. Meyvezer yutubda 22 milyondan çox izləyicisi olan 25 yaşlı Polla sosial mediada bir müddətdir qarşılıqlı ittihamlar səsləndirirlər. Onlar arasında görüş 2021-ci ilin fevralında baş tutacaq.

Qeyd edək ki, Loqan Polun qardaşı Cek Pol ötən həftə NBA basketbolçusu Nate Robinsonla rinqdə qarşılaşıb və rəqibini məğlub edib.