
09:27
Kriştiano Ronaldo yenidən “Mançester Yunayted”də çıxış edə bilər.
Apasport.az saytının məlumatına görə, bunu İngiltərə təmsilçisinin titul sponsoru olan “Şevrolet” şirkəti istəyir.
Klubun sponsoru portuqaliyalı ulduzun İtaliya “Yuventus”undan keçidini maliyyələşdirməyə qərar verib. “Şevrolet” rəhbərliyi bu transferi kommersiya baxımından sərfəli hesab edir.
Qeyd edək ki, Fransa PSJ-sinin də maraq dairəsində olan Ronaldo “Yuventus”la 2022-ci ilin yayında baca çatacaq müqaviləsinin sonunadək Turində qalmaq istəyindədir.