11:51 07-12-2020
news_image
93
FUTBOL

“Sevilya”nın qapıçısını istəyir - “Liverpul”la “Real”

İspaniyanın “Sevilya” klubunun qapıçısı Alfonso Pastor Avropa nəhənglərinin maraq dairəsindədir.

Apasport.az saytının məlumatına görə, İngiltərə “Liverpul”u və İspaniya “Real”ı qolkiperi heyətində görmək istəyir.

Hər iki klub Pastorun keçidini qış transfer dövründə reallaşdırmağı planlaşdırır. Qapıçının qiymətinin ucuz olması da nəhənglərin ürəyincədir. Pastorun transfer məbləği təxminən 200 min avro ilə dəyərləndirilir.