13:09 07-12-2020
news_image
132
FUTBOL

Sabiq futbolçu 12 illik həbs olundu – casus olduğu üçün

Ukraynalı sabiq futbolçu Vasili Vasilenko barədə həbs qərarı verilib.

Apasport.az saytının məlumatına görə, Moskva Şəhər Məhkəməsi onu 12 il müddətinə azadlıqdan məhrum edib. 

Casusluqda ittiham olunan Vasilenko cəzasını ciddi rejimli koloniyada çəkəcək. Keçmiş oyunçu eyni zamanda qadağan olunmuş maddələri sərhəddən qanunsuz keçirməkdə günahlandırılıb.

Qeyd edək ki, Vasili Vasilenko 1992-2001-ci illərdə Ukraynanın “Tavriya”, “Torpedo” və “Drujba” klublarında çıxış edib. O, 2019-cu ilin oktyabrında Moskvada saxlanılıb.