13:56 07-12-2020
news_image
127
FUTBOL

“Çelsi” qapıçı tapdı – A seriyasında

İngiltərənin “Çelsi” klubu yeni qapıçı transfer edəcək.

Apasport.az saytının məlumatına görə, London təmsilçisi İtaliyanın “Udineze” klubunun qolkiperi Xuan Mussonu heyətinə qatmağa hazırlaşır.

Argentinalı futbolunu hələ yayda transfer etməyi planlaşdıran Premyer Liqa təmsilçisi istəyini qışda reallaşdırmağa yaxındır. A seriyası təmsilçisi qolkiperi 30 milyon avroya satmaq niyyətindədir. Futbolçunun agenti də Mussonun top komandaya keçmək fikrində olduğunu bəyan edib.