14:05 07-12-2020
news_image
92
FUTBOL

“Atalanta”dakı həmyerlisini istəyir - Kuman

İtaliyanın “Atalanta” klubunun yarımmüdafiəçisi Marten de Ron karyerasını İspaniyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, Niderland millisinin üzvü “Barselona”nın maraq dairəsinə düşüb.

Kataloniya klubunun baş məşqçisi Ronald Kuman orta sahədəki problemin həmyerlisi ilə həllinə inanır. Rəhbərlik 29 yaşlı oyunçu ilə yanvarda anlaşıb, mövsümün sonunda onu heyətinə havayı qatmağı planlaşdırır. Çünki de Ronun müqavilə müddəti məhz 2021-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Marten de Ron 2017-ci ildən “Atalanta”nın formasını geyinir.