14:31 07-12-2020
news_image
155
FUTBOL

Yeddisi 1/8, yeddisi 1/16 finala – son turda

Sabah Çempionlar Liqasında VI tur start götürəcək.

Apasport.az saytının məlumatına görə, iki gün ərzində 8 qrupda baş tutacaq 16 oyunla qrup mərhələsinə yekun vurulacaq.

Bu matçlardan sonra Çempionlar Liqasında mübarizəni davam etdirəcək daha 7 komanda və Avropa Liqasına yollanacaq 7 klub bəlli olacaq. Tura F qrupunda start veriləcək. “Latsio” və “Brügge”nin duelində 1/8 finala ikinci vəsiqə və 3-cü yer sahibi bəlli olacaq. “Borussiya” nın “Zenit”lə görüşü qrup qalibinin adı baxımından önəm daşıyır.

E qrupunda son tur tamamilə formaldır. Çünki bütün yerlərin sahibləri artıq bəllidir. G qrupunda “Yuventus”la “Barselona” 1-ci, “Dinamo” ilə “Ferensvaroş” 3-cü yer uğrunda matça çıxacaq.

H qrupunda bütün şanslarını itirən qardaş Türkiyə təmsilçisi “Başakşəhər” PSJ-nin qonağı olacaq. Fransalılar “Leypsiq” – “Mançester Yunayted” qarşılaşmasındakı rəqibləri ilə mübarizəni davam etdirmək üçün qiyabi vuruşa çıxacaq.

İkinci oyun gününə D qrupunda start veriləcək. İlk və son pilləni təmin edən “Liverpul”la “Midtülland” formal, “Ayaks”la “Atalanta” ikincilik qarşılaşmasında qüvvəsini sınayacaq.

Turnirin son qalibi “Bavariya” A qrupunda “Lokomotiv”i sınağa çəkəcək. “Atletiko” isə ikinci olmaq uğrunda mübarizədə “Zalsburq”a uduzmamalıdır.

İlk iki yerin sahibi dəqiqləşən C qrupunda Avropa Liqasına vəsiqə sahibi tapacaq. “Olimpiakos”la “Marsel” qiyabi mübarizədə 3-cü yeri müəyyənləşdirəcək.

Mərhələnin ən dramatik qrupunda isə bütün suallara son oyun günündə aydınlıq gələcək. B qrupunda 4 komandadan hər biri 1/8 final vəsiqə şansını saxladığı kimi Çempionlar Liqası ilə vidalaşmaq təhlükəsindən də qaçmayıb. Burada “Real” “Borussiya”nı, “İnter” Şaxtyor”u qəbul edəcək.

Qeyd edək ki, “Bavariya”, “Mançester Siti”, “Porto”, “Liverpul”, “Çelsi”, “Sevilya”, “Borussiya” D, “Barselona”, “Yuventus” 1/8 finala, “Krasnodar” Avropa Liqasının 1/16 finalına vəsiqə qazanıb. “Midtülland”, “Renn”, “Zenit” və “Başakşəhər” qrup sonuncusu olub.

Çempionlar Liqası
Qrup mərhələsi
VI tur

8 dekabr
F qrupu

21:55. “Zenit” (Rusiya) - “Borussiya” (Dortmund, Almaniya)
21:55. “Latsio” (İtaliya) - “Brügge” (Belçika)

1

Borussiya D

5

3

1

1

10-4

10

2

Latsio

5

2

3

0

9-5

9

3

Brügge

5

2

1

2

6-8

7

4

Zenit

5

0

1

4

3-11

1

E qrupu
00:00. “Çelsi” (İngiltərə) - “Krasnodar” (Rusiya)
00:00. “Renn” (Fransa) - “Sevilya” (İspaniya)

1

Çelsi

5

4

1

0

13-1

13

2

Sevilya

5

3

1

1

6-7

10

3

Krasnodar

5

1

1

3

5-10

4

4

Renn

5

0

1

4

2-8

1

G qrupu
00:00. “Barselona” (İspaniya) - “Yuventus” (İtaliya) 
00:00. “Dinamo” (Kiyev, Ukrayna) - “Ferensvaroş” (Macarıstan)

1

Barselona

5

5

0

0

16-2

15

2

Yuventus

5

4

0

1

11-4

12

3

Dinamo

5

0

1

4

3-13

1

4

Ferensvaroş

5

0

1

4

5-16

1

H qrupu
00:00. PSJ (Fransa) - “Başakşəhər” (Türkiyə)
00:00. “Leypsiq” (Almaniya) - “Mançester Yunayted” (İngiltərə)

1

Mançester Yunayted

5

3

0

2

13-7

9

2

PSJ

5

3

0

2

8-5

9

3

Leypsiq

5

3

0

2

8-10

9

4

Başakşəhər

5

1

0

4

6-13

3

9 dekabr
D qrupu

21:55. “Midtülland” (Danimarka) - “Liverpul” (İngiltərə)
21:55. “Ayaks” (Niderland) - “Atalanta” (İtaliya)

1

Liverpul

5

4

0

1

9-2

12

2

Atalanta

5

2

2

1

9-8

8

3

Ayaks

5

2

1

2

7-6

7

4

Midtülland

5

0

1

4

3-12

1

A qrupu
00:00. “Bavariya” (Almaniya) - “Lokomotiv” (Rusiya)
00:00. “Zalsburq” (Avstriya) - “Atletiko” (İspaniya) 

1

Bavariya

5

4

1

0

16-5

13

2

Atletiko

5

1

3

1

5-8

6

3

Zalsburq

5

1

1

3

10-15

4

4

Lokomotiv

5

0

3

2

5-8

3

B qrupu
00:00. “İnter” (İtaliya) - “Şaxtyor” (Ukrayna)
00:00. “Real” (İspaniya) - “Borussiya” (Mönhenqladbax, Almaniya)

1

Borussiya M

5

2

2

1

16-7

8

2

Şaxtyor

5

2

1

2

5-12

7

3

Real

5

2

1

2

9-9

7

4

İnter

5

1

2

2

7-9

5

C qrupu
00:00. “Mançester Siti” (İngiltərə) - “Marsel” (Fransa)
00:00. “Olimpiakos” (Yunanıstan) - “Porto” (Portuqaliya)

1

Mançester Siti

5

4

1

0

10-1

13

2

Porto

5

3

1

1

8-3

10

3

Olimpiakos

5

1

0

4

2-8

3

4

Marsel

5

1

0

4

2-10

3