14:54 07-12-2020
news_image
140
FUTBOL

“Premyer Liqa davam etdirilməlidir” – koronavirusa yoluxan "Keşlə"li

“Koronavirus insana ciddi problemlər yaradır. Yorğun düşürsən, bədən ağırsı, baş ağrısı verir”.

Bunu apasport.az saytına koronavirusa yoluxan Bakının “Keşlə” klubunun yarımmüdafiəçisi Sezar Meza Kolli deyib.

Koronavirus pandemiyası səbəbindən XII turu təxirə salınan Premyer Liqanın taleyi ilə bağlı bu gün AFFA, PFL və Klublar Komitəsinin videokonfrans formatında birgə iclası keçiriləcək. Meza Kolli klublarda yoluxmaların sayının sürətlə artmasına baxmayaraq, çempionatın dayandırılmasının tərəfdarı deyil.

29 yaşlı paraqvaylı bu virusu həyatın bir parçası kimi qəbul etmək məcburiyyətində olduqlarını vurğulayıb: “Məncə, Premyer Liqada mübarizə davam etdirilməlidir. Bundan necə xilas olmağın yollarını tapmaq lazımdır. Bu virus artıq həyatın bir hissəsidir”.

Qeyd edək ki, “Keşlə” hazırda 13 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.