15:08 07-12-2020
news_image

Birgə hazırlıqda – Azərbaycan və Türkiyə yığmaları

Dekabrın 12-dən 18-dək Serbiyanın paytaxtı Belqradda güləş üzrə Fərdi Dünya Kuboku keçiriləcək.

Apasport.az saytının məlumatına görə, yarışda ölkəmizi təmsil edəcək sərbəst güləş üzrə yığmamız Türkiyədə təlim-məşq toplanışı keçir. 

Qardaş ölkənin milli komandası ilə birgə baş tutan hazırlıq prosesi dekabrın 1-də start götürüb. Komandamız baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında Ankarada həm fiziki, həm də taktiki-texniki hazırlıq üzərində çalışır. İki ölkənin millisinin birgə təlim-məşq toplanışı dekabrın 14-dək davam edəcək.

Qeyd edək ki, Fərdi Dünya Kubokunda sərbəst güləşçilər yarışın son günlərində (16-18 dekabr) mübarizə aparacaq.