16:36 07-12-2020
news_image
125
FUTBOL

Balotelli tibbi müayinədən keçir – B seriyasında

İtaliyalı hücumçu Mario Balotellinin yeni klubu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, qalmaqallı forvard “Montsa” ilə müqavilə imzalayacaq.

Misir və Braziliya klublarına keçidi də gündəmdə olan Balotelli İtaliyada qalmağa üstünlük verib. Hazırda tibbi müayinədən keçən futbolçu yeni komandası ilə müqaviləyə imza atacaq.

Qeyd edək ki, “Montsa” İtaliyanın B seriyasında mübarizə aparır.