17:08 07-12-2020
news_image
107
FUTBOL

“Borussiya” əvəzedicilərlə yollandı – Rusiyaya

Çempionlar Liqasının qrup mərhələsinin son turunda “Zenit”lə qarşılaşacaq Dortmund “Borussiya”sı Rusiyaya əvəzedici oyunçularla yollanıb.

Apasport.az saytının məlumatına görə, Bundesliqa təmsilçisi əsas heyətin 7 üzvünün xidmətinə ehtiyac duymayıb.

Baş məşqçi Lüsyen Favr 1/8 final mərhələsinə vəsiqəni rəsmiləşdirdiklərindən, hücumçu Erlinq Haland və digər bir neçə aparıcı oyunçuya istirahət verildiyini söyləyib: “Erlinq Haland, Manuel Akanji, Rafael Gerrera, Mahmud Dahud, Tomas Deleyni, Toma Menye və Reynier qarşıdakı oyunu buraxacaq. Biz artıq növbəti mərhələyə vəsiqə qazanmışıq. Son oyunda da qələbə qazanaraq, qrupu birinci pillədə bitirməyə çalışacağıq”.

Qeyd edək ki, sabah keçiriləcək “Zenit” - “Borussiya” oyunu Bakı vaxtı ilə 21:55-də start götürəcək.