17:33 07-12-2020
news_image
192
FUTBOL

“Mübarizəni davam etdirmək istər-istəməz çətinləşir” - Mehdi Cənnətov

“Çempionatın davam etdirilməsi daha yaxşı olardı”.

Bunu apasport.az saytına “Sumqayıt” klubunun koronavirusa yoluxan qapıçısı Mehdi Cənnətov deyib.

Azərbaycan Premyer Liqasının davam etdirilməsinin tərəfdarı olan milli komandamızın üzvü bunun bir çox çətinliklərinin olduğunu etiraf edib. 28 yaşlı qolkiper koronavirusa yoluxan futbolçu sayının çox olmasının vəziyyəti qəlizləşdirdiyini söyləyib: “Komandanın yarısı koronavirusa yoluxursa, mübarizəni davam etdirmək istər-istəməz çətinləşir. Xəstə olanları nəzərə alsaq, onların sağalmaları, özlərinə gəlmələri və bərpa olunmaları üçün müəyyən vaxt lazımdır”.

Cənnətov sonuncu dəfə ötən həftə test verdiyini və nəticənin pozitiv çıxdığını sözlərinə əlavə edib.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən XII turu təxirə salınan Premyer Liqanın taleyi hələlik qeyri-müəyyəndir.