17:53 07-12-2020
news_image
119
FUTBOL

“Mançester Yunayted” gedir – La Liqa klubuna görə

İngiltərənin “Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Cessi Linqard İspaniyaya köçməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, 28 yaşlı pleymeyker “Real Sosyedad”a keçməyə hazırlaşır.

Əsas heyətə düşə bilmədiyi üçün qış fasiləsində komandasını dəyişmək qərarına gələn İngiltərə millisinin üzvü San-Sebastyan təmsilçisinin təklifini müsbət cavablandırıb. La Liqa klubu onu icarəyə götürmək üçün qarşı tərəflə danışıqlara başlayıb. “Zenit”, “Monako” və “Vest Hem” kimi klubların marağına baxmayaraq, Linqard “Real Sosyedad”da oynamağı üstün tutur.

Qeyd edək ki, “Mançester Yunayted”in yetirməsi olan Cessi Linqard Premyer Liqada 133 oyun keçirib, 18 qol, 12 məhsuldar ötürmə ilə yadda qalıb.