22:11 07-12-2020
news_image
230
FUTBOL

14 oyunda 1 qələbə - rəqiblərimiz

Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində A qrupunda yer alıb.

Apasport.az saytının məlumatına görə, 5 komandalı qrupa düşən yığmamız Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla görüşəcək.

Millimiz indiyədək bu komandalardan üçü ilə görüşüb. Yalnız İrlandiya ilə qarşılaşmayan komandamız qarşıdakı rəqiblərlə 14 dəfə üz-üzə gəlib.

İlk tanışlığımız Gimaraynşda Portuqaliya ilə olub. 7 cavabsız qolla başlayan tanışlıq 1 heç-heçə və 5 məğlubiyyətlə nəticələnib. Vurduğumuz 1 qola Portuqaliya 18 topla cavab verib.

Əvvəl Yuqoslaviya, sonradan Serbiya və Monteneqro adlanan rəqiblə öncə də görüşmüşük. Amma Serbiya ilə yalnız 3 dəfə üz-üzə gələn yığmamız həmişə uduzub və 2 dəfə darmadağın olub.

Lülsemburq üzərində yeganə qələbəsi yoldaşlıq matçına təsadüf edib. Rəsmi xarakterli turnirlərdəki 4 oyunda isə 3 heç-heçə və 1 məğlubiyyət yaşayıb.

Ümumilikdə, rəqiblərlə 14 matçda 1 qələbə, 4 heç-heçəsi olan yığma 9 dəfə uduzub. 7 qol vuran futbolçularımız bu komandalardan 33 top buraxıb.

Portuqaliya – 1 heç-heçə, 5 məğlubiyyət
26 mart 1999. Gimaraynş. AÇ. Portuqaliya – Azərbaycan – 7:0
4 sentyabr 1999. Bakı. AÇ. Azərbaycan – Portuqaliya – 1:1
7 oktyabr 2006. Portu. AÇ. Portuqaliya – Azərbaycan – 3:0
13 oktyabr 2007. Bakı. AÇ. Azərbaycan – Portuqaliya – 0:2
11 sentyabr 2012. Braqa. DÇ. Portuqaliya – Azərbaycan – 3:0
26 mart 2013. Bakı. DÇ. Azərbaycan – Portuqaliya – 0:2

Serbiya – 3 məğlubiyyət
2 sentyabr 2006. Belqrad. AÇ. Serbiya – Azərbaycan – 1:0
17 oktyabr 2007. Bakı. AÇ. Azərbaycan – Serbiya – 1:6
7 iyun 2015. Sankt-Polten. YO. Azərbaycan – Serbiya – 1:4

İrlandiya – indiyədək qarşılaşmayıb

Lüksemburq – 1 qələbə, 3 heç-heçə, 1 məğlubiyyət
3 mart 2010. Lüksemburq. YO. Lüksemburq – Azərbaycan – 1:2
22 mart 2013. Lüksemburq. DÇ. Lüksemburq – Azərbaycan – 0:0
7 iyun 2013. Bakı. DÇ. Azərbaycan – Lüksemburq – 1:1
5 sentyabr 2020. Bakı. ML-C. Azərbaycan – Lüksemburq – 1:2
17 noyabr 2020. Lüksemburq. ML-C. Lüksemburq – Azərbaycan – 0:0