22:30 07-12-2020
news_image
146
FUTBOL

“Ronaldoya qarşı oynamaq böyük motivasiyadır” - Ramil Şeydayev

Millimizin futbolçusu Ramil Şeydayev DÇ-2022-nin seçmə mərhələsində püşkü dəyərləndirib. 

Apasport.az saytının məlumatına görə, "Sabah"ın 24 yaşlı hücumçusu rəqibləri münasib sayıb: "Tamamilə normal qrupdur. Yalnız bir şeyi istərdin ki, qrupumuzda 6 komanda olardı. Əlbəttə, Ronaldoya qarşı oynamaq böyük motivasiyadır". 

Maraqlıdır, millimiz bu qrupda nəyə ümid edə bilər, hansı yerlər uğrunda mübarizə apara bilər? Ümumiyyətlə, hədəf nə olmalıdır? Şeydayevi dinləyək: "Milli komandamızın məqsədi ən yüksəkdir. Turnirin startınadək hələ vaxtımız var. İndiki vəziyyətdə hələ ki heç nə ehtimal etmək istəmirsən" (sport24.az). 

Qeyd edək ki, millimiz Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla birgə A qrupunda yer alıb.