01:55 09-12-2020
news_image
847
FUTBOL

1/8 finala yüksələn komandaların sayı 12-yə çatdı - Çempionlar Liqasında

Bu gün Çempionlar Liqasında VI tura start verilib.

Apasport.az saytının məlumatına görə, baş tutan oyunlardan sonra daha 3 komanda – “Latsio”, “Leypsiq” və PSJ 1/8 finala adlayıb.

E qrupunda bütün yerlərin sahibləri öncədən bəlli olduğundan, son tur formal xarakter daşıyıb.

F qrupunda “Latsio” öz meydanında “Brügge” ilə qollu bərabərə qalsa da, bu, 1/8 finala vəsiqə üçün kifayət edib. Dortmund “Borussiya”sı “Zenit”i səfərdə məğlub edərək, bunu qrup birincisi kimi reallaşdırıb.

G qrupunda 1-ci yerin taleyinə “Yuventus”la “Barselona” arasında matç aydınlıq gətirib. Turindəki məğlubiyyətin əvəzini artıqlaması ilə çıxan “qoca sinyora” növbəti mərhələyə birinci pillədə yollanıb.

H qrupunda bir oyun keçirilib. Dramatik alınan matçda “Mançester Yunayted”ə qalib gələn “Leypsiq” mübarizəni davam etdirib. PSJ – “Başakşəhər” qarşılaşması isə ehtiyat hakimin irqçi ifadələri səbəbindən 14-cü dəqiqədə yarımçıq dayandırılıb. Buna baxmayaraq, PSJ-ni də 1/8 finalda hesab etmək olar. Çünki “Mançester Yunayted”lə xalları bərabər olan fransızlar şəxsi oyunlarda üstün olduğundan, “Başakşəhər”ə məğlub olsa belə, heç nə dəyişməyəcək.

“Krasnodar”dan sonra “Brügge”, Kiyev “Dinamo”su və “Mançester Yunayted” qrup üçüncüsü kimi mübarizəni Avropa Liqasında davam etdirmək hüququ əldə edib. Bu isə o deməkdir ki, növbəti mərhələnin artıq 12 iştirakçısı məlumdur.

Qeyd edək ki, dekabrın 9-da digər 4 qrupda son oyunlar keçiriləcək. Bu qruplarda “Bavariya”, “Mançester Siti”, “Porto” və “Liverpul” 1/8 finala vəsiqəni artıq rəsmiləşdirib.

Çempionlar Liqası
Qrup mərhələsi
VI tur

8 dekabr
F qrupu

21:55. “Zenit” (Rusiya) - “Borussiya” (Dortmund, Almaniya) - 1:2
Driussi, 16 - Pişek, 68, Vitsel, 78
21:55. “Latsio” (İtaliya) - “Brügge” (Belçika) - 2:2
Korrea, 12, İmmobile, 27 (pen.) - Vormer, 15, Vanaken, 76

1

Borussiya D

6

4

1

1

12-5 13

2

Latsio

6

2

4

0

11-7 10

3

Brügge

6

2

2

2

8-10 8

4

Zenit

6

0

1

5 4-13

1

E qrupu
00:00. “Çelsi” (İngiltərə) - “Krasnodar” (Rusiya) - 1:1
Jorjinyo, 27 (pen.) - Kabella, 24
00:00. “Renn” (Fransa) - “Sevilya” (İspaniya) - 1:3
Rutter, 86 (pen.) - Konde, 32, En Nesiri, 45+2, 81

1

Çelsi

6

4

2

0

14-2 14

2

Sevilya

6 4

1

1

8-8 13

3

Krasnodar

6

1

2

3

6-11 5

4

Renn

6

0

1

5 2-11

1

G qrupu
00:00. “Barselona” (İspaniya) - “Yuventus” (İtaliya) - 0:3
Ronaldo, 13 (pen.), 52 (pen.), Makkenni, 20
00:00. “Dinamo” (Kiyev, Ukrayna) - “Ferensvaroş” (Macarıstan) - 1:0
Popov, 60

1

Yuventus

6

5

0

1 14-4

15

2

Barselona

6 5

0

1

16-5 15

3

Dinamo

6

1

1

4

4-13 4

4

Ferensvaroş

6

0

1 5 5-17 1

H qrupu
00:00. PSJ (Fransa) - “Başakşəhər” (Türkiyə) - yarımçıq dayandırılıb
00:00. “Leypsiq” (Almaniya) - “Mançester Yunayted” (İngiltərə) - 3:2

Angelino, 2, Haydara, 13, Kluvert, 69 - Fernandes, 80 (pen.), Poqba, 82

1

Leypsiq

6

4

0

2

11-12 12

2

PSJ

5

3

0

2

8-5

9

3

Mançester Yunayted 6

3

0

3 15-10

9

4

Başakşəhər

5

1

0

4

6-13

3