23:24 07-12-2020
news_image
373
FUTBOL

“Yaxşı oynamaqla qrupda şansımız ola bilər” - Canni de Byazi

"Bu qrupda 5-ci səbətdən gələn komandayıq və bunu vurğulamaqla yeni nəsə demiş olmuruq”. 

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi deyib.

İtaliyalı mütəxəssis DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin püşkatmasını dəyərləndirib. O, A qrupunda Portuqaliya, İrlandiya, Serbiya və Lüksemburqa rəqib olan yığmanın şanslarına toxunub: “Qarşıda 4 aya yaxın vaxtımız var. Bu müddətdən hazırlıq üçün səmərəli istifadə etməliyik. Albaniya millisinin baş məşqçisi çalışdığım dövrdə, Avro-2016-nın seçmə mərhələsində Portuqaliya və Serbiya milli komandaları ilə qarşılaşmışam. UEFA Millətlər Liqasında keçirdiyimiz oyunlardan düzgün nəticə çıxara bilsək, orada qazandığımız təcrübədən düzgün yararlana bilsək, hesab edirəm ki, yaxşı oynamaqla qrupda şansımız ola bilər".