09:28 08-12-2020
news_image
89
FUTBOL

“Qarabağ”la oyunu buraxacaq – Pako Alkaser

İspaniyanın “Vilyarreal” klubunun hücumçusu Pako Alkaserin durumuna aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, La Liqanın XII turunda dünən “Elçe” ilə keçirilən oyunda (0:0) zədələnərək əvəzlənən forvardın sol ayaq əzələsində cırılma aşkar edilib.

Bu səbəbdən Alkaser ən azı bir ay komandadan uzaq qalacaq. Ən yaxşı halda yanvarda komandasına kömək edə biləcək oyunçu Avropa Liqasının qrup mərhələsinin son turunda “Qarabağ”la matçı buraxacaq.

Qeyd edək ki, “Vilyarreal” - “Qarabağ” oyunu Avropa Liqasının son turu çərçivəsində dekabrın 10-da keçiriləcək.