11:53 08-12-2020
news_image
98
FUTBOL

“Yuventus”a qayıdır? - Poqba

Fransa millisinin futbolçusu Pol Poqba İtaliya A seriyasına qayıda bilər.

Apasport.az saytının məlumatına görə, bunu yarımmüdafiəçinin agenti Mino Rayola açıqlayıb.

O bildirib ki, hazırda İngiltərə “Mançester Yunayted”ində çıxış edən Poqbanın əvvəllər də şərəfini qoruduğu “Yuventus” keçidi gözlənilir. Az əvvəl Premyer Liqa təmsilçisi ilə müqaviləni uzatmayacaqlarını açıqlayan Rayola Turin klubu ilə danışıqlar aparmaq niyyətindədir.