11:56 08-12-2020
news_image
291
DİGƏR NÖVLƏR

“8 noyabr” adlanacaq - metronun yeni stansiyası

Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Bakı Metropoliteninin yeni stansiyasına Zəfər günü münasibətilə “8 noyabr” adı verilməsi təşəbbüsü ilə çıxış edib.

APA-nın məlumatına görə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin bununla bağlı Qərarında deyilir: “Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsünə əsasən Bakı Metropoliteninin Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllə ünvanında yerləşən yeni stansiyası “8 Noyabr” adlandırılsın”.