12:17 08-12-2020
news_image
77
FUTBOL

Premyer Liqa klubu son şansı verdi – baş məşqçiyə

İngiltərənin “Vest Bromviç” klubu baş məşqçi postunda dəyişiklik etməyi planlaşdırır.

Apasport.az saytının məlumatına görə, buna səbəb Premyer Liqadakı uğursuzluqladır.

Klub rəhbərliyi bu üzdən də Slaven Biliçi istefaya göndərmək niyyətindədir. 52 yaşlı xorvatiyalının taleyi növbəti matçda həll ediləcək.

“Nyukasl”la qarşılaşmadakı uğursuz nəticə Biliç üçün klubda sonuncu olacaq. Hazırda 6 xalla 19-cu pillədə qərarlaşan “Vest Bromviç” yuvarlanma zonasından yeni məşqçi ilə çıxmağa çalışacaq.