13:02 08-12-2020
news_image
68
FUTBOL

Darvin üçün Lissabona yollandı – “Barselona”nın idman direktoru

İspaniyanın “Barselona” klubunun transfer siyahısındakı daha bir futbolçunun adı bəlli olub.

Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisi Darvin Nunyesi heyətinə qatmaq istəyir.

Portuqaliyanın “Benfika” klubunun 21 yaşlı hücumçusu barselonalıların ön xəttini gücləndirib. Klubun idman direktoru Ramon Planes futbolçunu izləmək üçün Lissabona yollanıb.

Qeyd edək ki, “Barselona” yayda futbolçu “Almeriya”da oynadığı vaxt da onunla maraqlanırdı. Həmin vaxt “Benfika”ya keçən uruqvaylının müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.