13:13 08-12-2020
news_image
111
FUTBOL

Yığmamızı autsayder göstərib, Lüksemburqu inkişafda sayırlar – portuqaliyalılar

“Yığmamızı Bakıya uzaq səyahət gözləyir”.

Apasport.az saytının məlumatına görə, bu barədə Portuqaliya mətbuatında DÇ-2022-nin seçmə mərhələsinin püşkatması dəyərləndirilərkən yazılıb.

A qrupundakı bütün rəqiblər barədə tək-tək geniş məlumat dərc edilən məqalədə Azərbaycan yığması autsayder kimi göstərilib. Portuqaliyalılar yalnız uzun yol qət etməkdən narahatdırlar: “Millətlər Liqasındakı son nəticələri və Avropadakı oyunçuları ilə Lüksemburq inkişafda olduğunu göstərdisə, Azərbaycan yığmasının istedad baxımından göstərəcəyi az şey var. Ancaq Azərbaycana qarşı oynamaq üçün uzaq və yorucu səyahət tələb olunur”.

Qeyd edək ki, Portuqaliya yığması A qrupunda Azərbaycan millisi ilə yanaşı, Serbiya, İrlandiya və Lüksemburqla qarşılaşacaq.