14:22 08-12-2020
news_image
84
FUTBOL

“Real”a keçmək istəyir – fransalı futbolçu

Fransanın “Renn” klubunun futbolçusu Eduardo Kamavinqa iş yerini dəyişmək qərarına gəlib.

Apasport.az saytının məlumatına görə, 18 yaşlı yarımmüdafiəçi İspaniyaya köçməyə hazırdır.

Kamavinqa menecerini bununla bağlı artıq təlimatlandırıb. O, karyerasını “Real”da davam etdirmək niyyətindədir. “Renn” rəhbərliyi də 2022-ci ilin yayına qədər olan müqavilə müddətini uzatmayan futbolçusunu mövsümün sonunda sataraq, 50-80 milyon avro aralığında gəlir götürmək istəyir.

Qeyd edək ki, 2019-cu ildən “Renn”in əsas komandasında çıxış edən Eduardo Kamavinqa cari mövsüm 11 oyun keçirib, 1 qol vurub.