15:38 08-12-2020
news_image
181
FUTBOL

Mümkün rəqibləri bəlli oldu - “Qəbələ”nin

UEFA-nın İcraiyyə Komitəsi Gənclər Liqasının formatını, tarixini və iştirakçıların adlarını təsdiqləyib.

Apasport.az saytının məlumatına görə, olimpiya sistemi ilə təşkil olunacaq yarışda 64 komanda mübarizə aparacaq.

Turnirdə ölkəmizi Azərbaycan çempionu olan “Qəbələ”nin U-19 komandası təmsil edəcək. “Qırmızı-qaralar” Çempionlar yolunda qüvvəsini sınayacaq. Təmsilçimizin 1 mümkün rəqibi də bəlli olub.

1/32 və 1/16 finalda Çempionlar Liqası və Çempionlar yolu üzrə çıxış edəcək komandalar 1/8 finalda bir araya gələcək. Turnirin ilk püşkatması 2021-ci il yanvarın 27-də baş tutacaq. Bu mərhələnin qarşılaşmaları martın 2-3-də keçiriləcək.

Püşkatma: 27 yanvar
1/32 final: 2-3 mart
Püşkatma: 12 mart
1/16 final: 6-7 aprel
1/8 final: 20-21 aprel
1/4 final: 4-5 may
Yarımfinal: 17 may
Final: 20 may

Çempionlar Liqası yolu: “Real”, “Barselona”, “Atletiko”, “Sevilya” (hamısı İspaniya), “Bavariya”, “Borussiya” D, “Leypsiq”, “Borussiya” M (hamısı Almaniya), “Liverpul”, “Mançester Siti”, “Mançester Yunayted”, “Çelsi” (hamısı İngiltərə), “İnter”, “Yuventus”, “Atalanta”, “Latsio” (hamısı İtaliya), PSJ, “Marsel”, “Renn” (hamısı Fransa), “Zenit”, “Lokomotiv”, “Krasnodar” (hamısı Rusiya), “Porto” (Portuqaliya), “Brügge” (Belçika), “Şaxtyor”, “Dinamo” K (hər ikisi Ukrayna), “Başakşəhər” (Türkiyə), “Ayaks” (Niderland), “Zalsburq” (Avstriya), “Olimpiakos” (Yunanıstan), “Midtülland” (Danimarka), “Ferensvaroş” (Macarıstan)
Çempionlar yolu: “Selta” (İspaniya), “Köln” (Almaniya), “Anje” (Fransa), “Çertanovo” (Rusiya), “Benfika” (Portuqaliya), “Genk” (Belçika), “Qalatasaray” (Türkiyə), “Alkmaar” (Niderland), “Sparta” (Çexiya), PAOK (Yunanıstan), “Dinamo” Z (Xorvatiya), “Odense” (Danimarka), “Bazel” (İsveçrə), APOEL (Kipr), “Srvena Zvezda” (Serbiya), “Reyncers” (Şotlandiya), “Dinamo” Mn (Belarus), “Hammarbü” (İsveç), “Rusenborq” (Norveç), “Kayrat” (Qazaxıstan), “Qurnik” (Polşa), “Qəbələ” (Azərbaycan), “Makkabi” H (İsrail), “Lüdoqorets” (Bolqarıstan), “Vitorul” (Rumıniya), “Jilina” (Slovakiya), “Olimpiya” (Sloveniya), “Dyor” (Macarıstan), “Şkendiya” (Şimali Makedoniya), “Şerif” (Moldova), “Apolloniya” (Albaniya), “Uoterford” (İrlandiya).