16:40 08-12-2020
news_image
147
FUTBOL

Premyer Liqa ilə bağlı qərar - Operativ Qərargahdan

Açıq havada rəsmi idman yarışlarının keçirilməsi ilə bağlı heç bir qadağa tətbiq olunmayıb.

Apasport.az saytının məlumatına görə, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verib.

Bildirilib ki, tamaşaçıların iştirakı olmadan açıq havada rəsmi idman yarışlarının keçirilməsi, habelə beynəlxalq idman yarışlarına hazırlıq üzrə tədbirlərin təşkili mümkündür. Bu isə o deməkdir ki, Azərbaycan Premyer Liqası matçlarının boş tribunalara önündə keçirilməsi ilə bağlı hər hansı məhdudiyyət yoxdur.

Qeyd edək ki, Premyer Liqanın XII turu klubların müxtəlif futbolçularında koronavirusa yoluxma aşkarlandığından, təxirə salınıb.