17:04 08-12-2020
news_image
84
FUTBOL

Ən yaxşı adına namizədlər bəlli oldu – “Globe Soccer Awards”

Avropa Klublar Assosiasiyası (ECA) və Avropa Futbol Agentləri Assosiasiyasının (EFAA) birgə təsis etdikləri “Globe Soccer Awards”ın mükafatlarına namizədlərin yekun siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, 2010-cu ildən təqdim edilən mükafatın hər nominasiyasında üç iddiaçı qalıb.

İlin futbolçusu adına Kriştiano Ronaldo (Portuqaliya, “Yuventus”), Lionel Messi (Argentina, “Barselona”) və Robert Levandovski (Polşa, “Bavariya”) iddia edir.

Ən yaxşı məşqçi olmağa Canpyero Qasperini (“Atalanta”), Hans-Diter Flik (“Bavariya”) və Yurgen Klopp (“Liverpul”) namizəddir.

“Bavariya”, “Liverpul” və “Real” ən yaxşı komanda adını qazanmağa iddiaçılardır.