17:51 08-12-2020
news_image
110
FUTBOL

Əsrin ən yaxşısı kim olacaq? – namizədlər

Avropa Klublar Assosiasiyası (ECA) və Avropa Futbol Agentləri Assosiasiyasının (EFAA) birgə təsis etdikləri “Globe Soccer Awards” XXI əsrin ən yaxşısı adına namizədləri açıqlayıb.

Apasport.az saytının məlumatına görə, 2001-2020-ci illərin ən yaxşı futbolçusu, məşqçisi və komandası adlarının hərəsinə 4, agenti olmağa 3 namizəd müəyyənləşib.

Kriştiano Ronaldo, Lionel Messi, Məhəmməd Salah və Ronaldinyo futbolçu, Pep Qvardiola, Zinəddin Zidan, Joze Mourinyo və Aleks Ferqyuson məşqçi kimi ən yaxşı olmağa iddia edir.

“Barselona”, “Real”, “Liverpul” və Misirin “Əl-Əhli” ən yaxşı komanda adına namizəddir. Mino Rayola, Jorje Mendeş və Covanni Brankini agent kimi ən yaxşı ola bilər.