00:00 09-12-2020
news_image
92
FUTBOL

Özil prioritet hədəfdir – ABŞ klubunda

İngiltərənin “Arsenal” klubunun yarımmüdafiəçisi Məsut Özil ABŞ-a köçə bilər.

Apasport.az saytının məlumatına görə, “Di Si Yunayted” Türkiyə əsilli oyunçunun transferində israrını davam etdirir.

Almaniya millisinin sabiq üzvü Vaşinqton klubunun qış transfer dönəmində prirotet hədəfi olacaq. London klubu da Premyer Liqa və Avropa Liqasının heyətindən çıxardığı ulduz futbolçunu satmağa çalışır. Əks təqdirdə, 32 yaşlı yarımmüdafiəçi gələn ilin yayında azad agent kimi komandanı tərk edəcək.

Qeyd edək ki, Məsut Özil eyni zamanda Türkiyənin “Fənərbaxça” klubunun maraq dairəsindədir.