09:24 09-12-2020
news_image
120
FUTBOL

Uduzmadığımız asiyalılar

Azərbaycan millisi 2021-ci ildə iki yoldaşlıq oyununda üz-üzə gələcəyi Qətər millisi ilə indiyədək 2 dəfə qarşılaşıb.

Apasport.az saytının məlumatına görə, asiyalılarla hər iki əvvəlki qarşılaşma səfərdə təşkil olunub.

Dohada baş tutan bu görüşlərdən birincisi 7 il öncə keçirilib. Həmin matçda qalib müəyyənləşməyib – 1:1.

Dörd il sonra yenidən eyni şəhərdə qarşılaşan rəqiblərin duelində 3 qol qeydə alınıb. Millimiz səfərdə 2:1 hesabı ilə qalib gəlib. 

Bir sözlə, Azərbaycan millisi uduzmadığı asiyalılarla hər iki görüşdə qol sevinci yaşayıb. Lakin komandamız hər iki qarşılaşmada qol da buraxıb.

Yığmamızın Qətərlə oyunları
29 may 2013. Doha. YO. Qətər – Azərbaycan – 1:1
9 mart 2017. Doha. Qətər – Azərbaycan – 1:2

Qeyd edək ki, Qətər yığması UEFA-nın dəvəti ilə DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin A qrupunda yer alan komandalarla yoldaşlıq oyunları keçirəcək. Yığmamız martın 27-də səfərdə, noyabrın 14-də evdə meydana çıxacaq.