
22:55
İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi Çempionlar Liqasında son 17 ilin antirekorduna imza atıb.
Apasport.az saytının məlumatına görə, argentinalı qol vurmadığı matçda çərçivəyə ən çox zərbə endirən futbolçu olub.
O, qrup mərhələsinin VI turunda “Yuventus”un qapısını 7 dəfə nişan alsa da, fərqlənə bilməyib. Bu, 2003/04 mövsümündən indiyədək ən uğursuz göstəricidir.
Qeyd edək ki, “Barselona” öz meydanında “Yuventus”a 0:3 hesabı ilə uduzub.