10:17 09-12-2020
news_image
221
FUTBOL

Fransa, Qətər... – 5 komandalı qrupun qonaqları

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin A qrupunda mübarizə aparan 5 komanda qonaq qismində dəvət olunan Qətər yığması ilə yoldaşlıq oyunları keçirəcək.

Apasport.az saytının məlumatına görə, Asiya çempionu seçmə mərhələdə ilk belə qonaq deyil.

UEFA əvvəllər də belə addım atıb. Bunlardan biri cəmi 6 il öncəyə təsadüf edib. Fransa millisi Avropada seçmə mərhələnin qonağı olub.

AVRO-2016-nın seçmə mərhələsində qitənin 53 komandası 9 qrupda mübarizə aparıb. 8 qrupun hərəsində altı, 1 qrupda isə 5 komanda yer alıb.

Həmin vaxt final mərhələsinin meydan sahibi Fransa seçmə oyunlarından azad olub. UEFA “üçrənglilər”i İ qrupunun komandaları ilə yoldaşlıq görüşləri keçirmək üçün qonaq seçib.

2014-15-ci illərdə keçirilən seçmə mərhələ zamanı Serbiya (1:1, 1:2), Portuqaliya (1:2, 0:1), Ermənistan (0:3, 0:4), Albaniya (1:1, 1:0), Danimarka (0:2, 1:2) milliləri fransalılarla matçlarda qüvvəsini sınayıb.