14:16 09-12-2020
news_image
121
FUTBOL

Favoritin meydanında start – 24 ildən sonra

Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsinə səfərdə Portuqaliya ilə görüşlə başlayacaq.

Apasport.az saytının məlumatına görə, tarixində 7-ci dəfə mundiala vəsiqələr üçün yarışa qatılan yığmamız əvvəlki 6 tsikldən üçünə öz, üçünə rəqib meydanındakı görüşlə start verib.

Portuqaliya qrupun ən reytinqli komandası, favoritidir. Millimiz DÇ seçmə oyunlarında yalnız iki dəfə ilk qarşılaşmasını “1 nömrə”yə qarşı keçirib.

Əgər DÇ-2002-nin ilk seçmə matçı Bakıda İsveçə (0:1) qarşı olubsa, DÇ-1998-dəki start indikini xatırladır. Yalnız 1996-cı il iyunun 2-də komandamız tsiklə qrupun ən reytinqlisinin meydanında başlayıb.

Həmin vaxt milli Osloda meydana çıxmağa da peşman olub – 0:5. 24 ildən sonra komandamız yenə eyni uğursuz təqvimlə üzləşib. İlk sınaq martın 24-də Portuqaliyada baş tutacaq.

Qeyd edək ki, Norveçdəki məğlubiyyət millimizin dünya çempionatlarının seçmə mərhələlərinin startındakı ən böyükhesablı məğlubiyyətidir.