14:21 09-12-2020
news_image
156
FUTBOL

İspaniya ilə oynayacaq - millimiz

19 yaşadək futbolçular arasında Avropa çempionatının 2021/22 mövsümünün seçmə mərhələsinin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandası 8-ci qrupda mübarizə aparacaq.

Yığmamız İspaniya, Belçika və Lüksemburqla rəqib olub. Seçmə mərhələnin bu qrupunun ev sahibi hələ dəqiqləşməyib. Oyunlar gələn il avqustun 30-dan noyabrın 16-na qədər olan müddətdə keçiriləcək.

13 qrupun hərəsində ilk 2 pillənin sahibi və 3-cü yer sahiblərindən ən yaxşısı elit-raunda yüksələcək. Portuqaliya birbaşa elit-raunda qoşulacaq.

Qeyd edək ki, final mərhələsi 2022-ci ilin yayında Slovakiyada keçiriləcək.