14:40 09-12-2020
news_image
244
FUTBOL

3 qol vuracaq, 19-nu buraxacaq, 5-ci yeri tutacaq - yığmamız

Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla mübarizə aparacaq.

Apasport.az saytı sosial şəbəkə səhifələri vasitəsilə püşkün nəticəsi barədə oxucularla sorğu keçirib.

Oxucularımız “komandamızdan hansı nəticəni gözləyirsiz və sizcə neçənci yeri tuta bilərik” sualını cavablandırıb, öz fikirlərini bildiriblər. Böyük əksəriyyət yığmamızın şansları barədə heç də nikbin düşüncədə deyil. Ümumi rəyə əsasən, Canni de Byazinin yetirmələri A qrupunda sonuncu yeri tutacaq.

Bir neçə maraqlı cavabla sizi tanış edirik.

Pərviz Quliyev: 6 xal yığa bilər. Lüksemburqla evdə qələbə, səfərdə heç-heçə, Serbiya və İrlandiya ilə evdə heç-heçə. Qalanları məğlubiyyət.
Nahid Zeynalov: 1 xal və qrupda sonuncu yer. Bunun üçün isə əcnəbi məşqçiyə ehtiyac yoxdur.
Vəli Nəcəfzadə: Pis qrup deyil. Meydana çıxıb ürəklə oynasalar, hər şey yaxşı olacaq. Bu millinin potensialı var, sadəcə psixoloji problemləri var. Tam ciddi deyirəm.
Xanağa Səmədov: İlk öncə de Byazi göndərilməlidir, çünki 9 nəfərlə müdafiə olunur. Yerinə Rəşad Sadıqov gətirilsin. Ondan sonra Serbiyadan evdə 1 xal, İrlandiyadan səfərdə 1, evdə 3 xal, Lüksemburqdan hər iki matçda 3 xal. Portuqaliya önündə də mümkün qədər az top buraxmaq. Milli üçün ən yaxşı bu olar.
Səbuhi Sadatov: Portuqaliyadan 0, Serbiya və İrlandiyadan 1, Lüksemburqdan 2 və ya 3 xal. Normamız budur.
Camal Aslanov: FİFA-dan Allah razı olsun, bizim qrupu özu düzüb. Axırıncı yer bizimdir. Vallah, bizim futbol ürək ağrısından başqa şey deyil.
Ricad Şahinoğlu: Düzünü desəm 4-cü yer, amma reallıq axırdan birincidir.
Orxan İmanov: Bu qrupdan ancaq ölümüz çıxar.
İlqar Vəliyev: Bu qrupdan təmiz çıxmaq lazımdır.
Orxan Məhərrəmov: Qrupun Andorrasıdır Azərbaycan.
Üzeyir Qurbanov: Təbii ki, axırıncı yeri tutacağıq. Ən yaxşı halda 4-cü yeri.
Nurlan Nəsirov: Yenə eyni ssenari, Azərbaycan millisi qələbə qazana bilmir və sonuncu yeri tutur.
Dilqəm Hüseynov: 2 xal. Yığmamız 3 qol vuracaq, 19-nu buraxacaq, 5-ci yeri tutacaq. Əsl bəhanə ediləsi qrupdur.
Elşən Rəfiyev: Mənə elə gəlir ki, sonuncu yeri tutarıq. Nəyə görə? Qrupda son Avropa çempionu Kriştianu Ronaldolu Portuqaliyaya müqavimət göstərmək çox çətindir. Mənə görə, onlarla iki oyunda da məğlub olacağıq. Serbiya, İrlandiya hər seçmə mərhələdə minimum da olsa, normal xal qazana bilir. Məsələn, serblər noyabrda Millətlər Liqasında qrupda qalmasına baxmayaraq, ruslara 5 cavabsız qol vurdular. İrlandlar da bir az çətin rəqibdir. Lüksemburq normal rəqib kimi görünsə də, sonuncu turnirdə iki oyunun nəticəsinə görə bizdən üstün oldu. Bir sözlə, sonuncu yeri tutacağıq. Dünyanın ən baxımlı idman növü futbol olduğundan, əvvəllər millimizin, klublarımızın yaxşı nəticə qazanmasını istəyirdim. Ona görə ki, Azərbaycan adı tanınacaq və ən azı araşdıran insan Qarabağ məsələsini görə biləcək, Qarabağı daha çox insan tanıyacaq. İndi isə mənim üçün udub-udmamağının fərqi yoxdur. Eybi yoxdur, futbolda məğlub olaq, əsas odur ki, Ordumuz qalib gəldi. Azərbaycan bütövləşdi.