17:31 09-12-2020
news_image
132
FUTBOL

Messini heç vaxt rəqib saymayıb - Ronaldo

İtaliyanın "Yuventus" klubunun hücumçusu Kriştianu Ronaldo İspaniya təmsilçisi "Barselona"nın kapitanı Lionel Messi ilə arasında olan münasibətdən danışıb.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı superulduz argentinalı həmkarı ilə hər zaman dost kimi olduqlarını söyləyib.

O, Leo ilə arasındakı rəqabətin media tərəfindən şişirdildiyini deyib: "Messi ilə hər zaman səmimi münasibətim olub. Onunla uzun illər mükafatlandırma mərasimlərində birlikdə oldum. Leonu heç vaxt rəqib görmədim. Həmişə də yaxşı anlaşmışıq. Əminəm ki, Messidən soruşsanız, o da eyni bu sözləri deyəcək".

Qeyd edək ki, "Yuventus"un Çempionlar Liqasının qrup mərhələsində "Barselona" üzərində 3:0 hesabı ilə qalib gəldiyi görüşdə Ronaldo dubl edib.