17:46 09-12-2020
news_image
133
FUTBOL

Maaşında 90 faizlik endirimə hazırdır – Premyer Liqa üçün

Çinin “Şanxay SİPQ” klubunda çıxış edən braziliyalı hücumçu Halk Avropaya qayıtmaq arzusundadır.

Apasport.az saytının məlumatına görə, 34 yaşlı forvard son müqaviləsini İngiltərə Premyer Liqa klublarından biri ilə bağlamaq istəyir.

Ulduz futbolçu bunun üçün hətta maaşında 90 faiz endirimə getməyə də hazırdır. “Şanxay SİPQ”də illik məvacibi 20 milyon avro olan Halk bir müddət əvvəl Premyer Liqa təmsilçilərindən təklif aldığını və indi orada oynamaq arzusunda olduğunu etiraf edib.

Qeyd edək ki, Halk “Şanxay SİPQ”yə 2016-cı ildə 55,8 milyon avro qarşılığında Rusiya klubu “Zenit”dən keçib.