22:57 09-12-2020
news_image
210
FUTBOL

Messiyə “ilişdi” – Ronaldonun bacısı

Portuqaliya millisinin və İtaliya “Yuventus”unun ulduz futbolçusu Kriştiano Ronaldonun bacısı Elma Aveyru paylaşımı ilə diqqət çəkib.

Apasport.az saytının məlumatına görə, bu, Çempionlar Liqasının VI turunun “Barselona” – “Yuventus” matçından sonra baş verib.

Elma qardaşı ilə ən yaxşı adına əsas rəqibi Lionel Messinin birgə şəklini paylaşıb. Vurduğu 2 qolla “Yuventus”un 3:0 hesablı səfər qələbəsinə pay sahibi olan Ronaldonun bacısı ulduzlar arasında fərqi təcəssüm etdirib.

Şəkildə “Barselona”nın argentinalı ulduzu Kriştianonun önündə dizi üstə dayanmış vəziyyətdə əks olunub. Aveyru fotoya qısa şərh də verib: “Sən mənim kralımsan. Tarixin ən yaxşısı. Mənim həyatımın fəxri”.