09:00 10-12-2020
news_image
79
FUTBOL

Həftənin oyunçusu adına namizədlər – Çempionlar Liqasında

Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb.

Apasport.az saytının məlumatına görə, UEFA qrup mərhələsinin son turunda fərqlənən 4 futbolçunu müəyyənləşdirib.

Bunlar Neymar (PSJ), Yussef en-Nesiri (“Sevilya”), Kərim Benzema (“Real”) və Anatoli Trubindir (“Şaxtyor” Donetsk). Trubin 4 seyvlə komandasına xal qazandırıbsa, Benzema və en-Nesiri dubl, Neymar isə het-triklə klubunu qələbəyə daşıyıb.

Həftənin oyunçusu azarkeşlər arasında keçirilən səsvermə ilə bəlli olacaq.