09:15 10-12-2020
news_image
92
FUTBOL

Səbətlərə bölündü - qrup üçüncüləri

Çempionlar Liqasından Avropa Liqasına yuvarlanan komandaların 1/16 finalın püşkatması zamanı hansı səbətdə yer alacağı dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, qrup üçüncüsü olan 8 klub UEFA reytinqinə əsasən iki “dördlüy”ə bölünüb.

Dekabrın 14-də baş tutacaq püşkatmada reytinqli 4 komanda Avropa Liqasının qrup qalibləri ilə birlikdə səpələnmiş olacaq. Qrup ikinciləri ilə səpələnməmişlər səbətinə düşəcək klublar isə aşağı əmsala malik komandalardır.

Səpələnmişlər
“Ayaks” (Niderland)
“Brügge” (Belçika)
“Mançester Yunayted” (İngiltərə)
“Şaxtyor” (Ukrayna)

Səpələnməmişlər
“Dinamo” (Kiyev, Ukrayna)
“Krasnodar” (Rusiya)
“Olimpiakos” (Yunanıstan)
“Zalsburq” (Avstriya)

Qeyd edək ki, Avropa Liqasında 5 komanda – “Arsenal” (İngiltərə), “Dinamo” (Zaqreb, Xorvatiya), “Hoffenhaym” (Almaniya), “Roma” (İtaliya) və “Vilyarreal” (İspaniya) 1-ci, “Srvena Zvezda” (Serbiya) 2-ci yeri təmin edib.