09:45 10-12-2020
news_image
98
FUTBOL

29-cu dəfə qrupdan çıxdı – “Real”

İspaniyanın “Real” klubu Çempionlar Liqasının 1/8 finalına yüksəlməklə rekorda imza atıb.

Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi 29-cu dəfə qrupdan çıxıb.

İspaniya nəhəngi qatıldığı bütün qrup mərhələlərində - həm birinci, həm ikinci raundda tur adlayan yeganə komandadır. “Real” yalnız bir dəfə qrupda oynamayıb ki, həmin vaxt ümumiyyətlə avrokuboklarda çıxış etməyib. Bu, 1996/97 mövsümünə təsadüf edib.