
DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində A qrupunda yer alan Azərbaycan millisi 5 komandanın mübarizəsində qüvvəsini sınayacaq.
Apasport.az saytının məlumatına görə, yığmamız tarixində 4-cü dəfə beş komandalı qrupa düşüb.
Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla mübarizə aparacaq millimiz üçün bu sayda komandanın olduğu qruplarda çıxış uğursuz alınıb. Millimiz bir dəfə dünya, iki dəfə Avropa seçmələrini 8 matçla bitirib. Hər dəfə də yığmanın mövqeyi dəyişməz olub – 5-ci yer.
DÇ-1998-də yalnız İsveçrəni məğlub etməklə kifayətlənən komandamız AVRO-2004-də rekorda imza atıb. Millimiz 5 komandalı qrupda özü üçün ən yüksək göstəriciyə - 4 xala imza atıb. Bu da Serbiya və Monteneqro ilə qarşılaşmalarda əldə olunan xallar hesabına mümkün olub. AVRO-2020-də isə qələbəyə də həsrət qalan milli yalnız bir xalla kifayətlənib.
Azərbaycan millisi 5 komandalı qruplarda
DÇ-1998 |
8 |
1 |
0 |
7 |
3-22 |
3 |
AVRO-2004 |
8 |
1 |
1 |
6 |
5-20 |
4 |
AVRO-2020 |
8 |
0 |
1 |
7 |
5-18 |
1 |