10:02 10-12-2020
news_image
126
FUTBOL

1000-ci ev qolu – “Mançester Siti” rekordu təkrarladı

Çempionlar Liqasının başa çatan qrup mərhələsində 16 xal toplayan “Mançester Siti” Premyer Liqa klublarının rekordunu təkrarlayıb.

Apasport.az saytının məlumatına görə, “şəhərlilər” “Arsenal”, “Mançester Yunayted” və “Tottenhem” kimi, eyni nəticəyə imza atıb.

“Arsenal” 2005/06, “Mançester Yunayted” 2007/08, “Tottenhem” isə 2017/18 mövsümündə keçirdiyi 6 oyunun 5-də qələbə qazanıb, 1-də heç-heçə edib.

Qrupun son turunda “Marsel” üzərində 3:0 hesablı qələbə qazanan “Mançester Siti”də hesabı açan Ferran Torres klub tarixinin 1000-ci ev qolunun müəllifi olub. Komanda bu göstəriciyə imza atmaq üçün 445 oyun keçirib.