10:25 10-12-2020
news_image
124
FUTBOL

Azərbaycanı seçməsinin səbəbi – Qətər millisinin

UEFA Qətər yığmasının DÇ-2022-nin seçmə mərhələsində A qrupundakı komandalarla yoldaşlıq görüşləri keçirməsinə görə qazanc əldə etməyəcək.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, qitə futbol qurumu özü Qətər Futbol Assosiasiyasına bu təklifi edib.

UEFA Qətərin həm qarşıdakı mundialın ev sahibi olması, həm də son vaxtlar dünya futboluna təsirini nəzərə alaraq bu addımı atıb. Qurum hətta Avropada bəzi klubların qazanc götürmələrinə də şərait yaradacaq. Qətərin uzun səyahətlərdən qaçmaq üçün Avropa ölkələrində hazırlıq keçməsi qərarı məhz buna hesablanıb. Belədə Qətər millisinin toplanış keçəcəyi stadionlara ev sahibliyi edən klublar icarə pulu qazanacaqlar.

Qeyd edək ki, Qətər yığması A qrupunda yer alan Portuqaliya, Serbiya, İrlandiya, Lüksemburq və Azərbaycan millisinin hərəsi ilə iki yoldaşlıq görüşü keçirəcək. Canni de Byazinin yetirmələrinin bu komanda ilə oyunları 27 mart və 14 noyabr tarixlərinə təsadüf edəcək.