10:54 10-12-2020
news_image
128
FUTBOL

Yalnız “Porto” – “Böyük beşlik”dən hegemonluq

Çempionlar Liqasında mübarizəni yalnız 6 ölkə təmsilçiləri davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, qrup mərhələsini adlayan 16 komandadan 15-i “Böyük beşlik” liqalarını təmsilləridir.

İtkisiz irəliləyən İspaniya və Almaniyanın dörd komandası 1/8 finalda oynayacaq. “Leypsiq”, “Borussiya” M, “Borussiya” D və “Bavariya” Bundesliqanı, “Real”, “Sevilya”, “Barselona” və “Atletiko” La Liqanı layiqincə təmsil edir.

İtaliya və İngiltərə isə bir komandasını itirib. “Mançester Siti”, “Liverpul” və “Çelsi”dən fərqli “Mançester Yunayted” Premyer Liqanın ilk itkisi olub. “Yuventus”, “Atalanta” və “Latsio” ilə birlikdə mübarizəyə start verən “İnter” isə avrokuboklarla vidalaşıb.

Daha çox – iki itkisi olan Fransada yalnız PSJ 1/8 finaldadır. “Marsel”lə “Renn” Çempionlar Liqasına vida edib. “Böyük beşlik” liqası klublarına rəqib olacaq yeganə “yad” isə “Porto”dur. Portuqaliya təmsilçisi nəhənglərin 15 təmsilçisi ilə mübarizəni davam etdirəcək.