11:15 10-12-2020
news_image
90
FUTBOL

MLS tarixinin ən yaxşıları – İbrahimoviç, Anri, Vilya və Runisiz...

MLS tarixinin ən parlaq 25 futbolçusunun adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, təşkilatçılar turnirin 25 illiyi ilə əlaqədar ən yaxşıları seçib.

Siyahı Şimali Amerikanın müxtəlif bölgələrindən 200-ə yaxın mütəxəssis arasında aparılan səsvermə ilə müəyyənləşib. Ümumilikdə 137 oyunçu səs toplayıb. Maraqlıdır ki, Ueyn Runi, Zlatan İbrahimoviç, Kaka, Tyerri Anri və David Vilya kimi ulduzlar ilk “25-liy”ə düşməyiblər.

“25-lik” belədir: Ceff Aqus, Kayl Bekerman, Devid Bekhem, Karlos Bokaneqra, Dueyn de Rosario, Klint Dempsi, Lendon Donovan, Marko Etçeverri, Robin Freyzer, Sebastian Covinko, Kevin Hartman, Kobi Cons, Robbi Kin, Çad Marşall, Jozef Martines, Cey Toni Meola, Ceyms Toni Meola Moreno, Eddi Poul, Preki, Stiv Ralston, Nik Rimando, Karlos Valderrama, Dieqo Valeri, Kris Vondolovski, Bredli Rayt-Fillips.