12:38 10-12-2020
news_image
88
FUTBOL

“Valensiya” futbolçusunu satır – maliyyə çətinliyinə görə

İspaniyanın “Valensiya” klubunun futbolçusu Maksimiliano Qomes karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, “yarasalar” koronavirus pandemiyası ilə bağlı ciddi maliyyə çətinlikləri ilə üzləşdiyindən futbolçusunu artıq yanvarda satmağı planlaşdırır.

“Arsenal” və “Vulverhempton” futbolçunun xidmətində maraqlıdır. İngiltərə təmsilçiləri Qomesin transferini reallaşdırmaq üçün danışıqlar aparmağa hazırlaşır.

Qeyd edək ki, 24 yaşlı uruqvaylı hücumçu 2019-cu ildən “Valensiya”da oynayır.