13:41 10-12-2020
news_image
111
FUTBOL

5 futbolçusuna Fransadan təklif – “Trabzonspor”un

Türkiyənin “Trabzonspor” klubunun 5 futbolçusu karyerasını Fransada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, Burak Yılmz və Yusuf Yazıcının “Lill” klubundakı parlaq çıxışı fransızların diqqətini Qara dəniz təmsilçisinə yönəldib.

Abdülkadir Ömür “Lion” və “Lill”, Edqar İe “Sent-Etyenn”, Uğurcan Çakır “Renn”, Kaleb Ekuban “Marsel”, Sərkan Asan isə “Lill” rəhbərliyinin diqqət mərkəzinə düşüb. Bəziləri ilə bağlı artıq “bordo-mavililər”ə rəsmi təklif də gəlib.

“Trabzonspor” sərfəli təkliflər olacağı təqdirdə oyunçularını mövsümün sonunda satmağa hazırdır.