15:02 10-12-2020
news_image
203
FUTBOL

“Azərbaycan klubu müqaviləmi pozdu” – cəzası ləğv olundu

Azərbaycanda “Muğan”, AZAL və “Rəvan” kimi klublarda çıxış etmiş sierra-leoneli futbolçu Samuel Barlayın cəzası ləğv edilib.

Apasport.az saytının məlumatına görə, danışılmış oyunlarda günahlandırıldığı üçün Sierra-Leone Futbol Assosiasiyası tərəfindən futboldan uzaqlaşdırılan 34 yaşlı yarımmüdafiəçi ilə bağlı kifayət qədər dəlil toplanmadığı üçün bəraətinə qərar verilib.

Barlay məhz bu haqsız cəza ucbatından bütün komandaların ondan imtina etdiyini açıqlayıb: “Xəbəri eşidəndə göz yaşlarımı saxlaya bilmədim. Çünki günahsız olduğumu bilirdim. Bununla belə, assosiasiya mənim imicimi məhv etdi, karyeramı zədələdi. Bu qərar karyeramı bitirməyimə səbəb oldu. Azərbaycandakı klubum “Rəvan” müqaviləmi pozdu, yalan ittihamlara görə digər komandalar mənimlə müqavilə bağlamaqda maraqlı olmadılar”.

Qeyd edək ki, Samuel Barlay Afrika Millətlər Liqası-2010-da Cənubi Afrika Respublikasına qarşı 0:0 hesabı ilə başa çatan 2008-ci ildəki görüşdə danışılmış oyunlarda iştirakda günahlandırılırdı.